“Ermənilərə rəsmi Bakıya təzyiq göstərilməsi məqsədilə Qərbə təsir edəcək yüngül anti-Rusiya şousu lazım idi”.
Globalinfo.az xəbər verir ki, bunu “Kiyev-Mogilyan Akademiyası” Milli Universitetinin politologiya üzrə professoru Taras Kuzyo deyib.
“Ermənilərə aldanmayın. Bu onlara Qərbə təsir üçün lazım olan bir şoudur. Ermənistan XİN başçısının müavini Rusiya ilə strateji tərəfdaşlığın davam etdiyini açıqlayıb. Həmçinin XİN başçısı Ararat Mirzoyan özü də İranla strateji müttəfiqliyin mövcudluğunu bildirib”, – Kuzyo qeyd edib.
Ayşən Mustafa
Globalinfo.az














