“Əsabəli Mustafayevin səhhətində irəliləyiş var. Dünəndən palataya köçürülüb və artıq danışa bilir”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü, beynəlxalq hüquqşünas Ə.Mustafayevin həyat yoldaşı Zenfira Mustafayeva onun son vəziyyəti ilə bağlı danışarkən deyib.
O, həyat yoldaşının dünənə qədər danışa bilmədiyini qeyd edib:
“Səhhətində böyük problem olduğu üçün nəfəs ala bilmirdi. Bu isə keçirdiyi infarktla əlaqədar idi. Ağ ciyərinin alt hissəsində yığılan su ona boğulma, hərarət verirdi. Təxminən, 6-7 gün reanimasiyada qaldı. Şükür, palataya köçüb, vəziyyəti yaxşılaşır. Hazırda onun yanındayam.
Sumqayıt şəhər 2 saylı Xəstəxananın personalı sağolsun! Xəstəxanada hər kəsdən razıyıq. Onlar Əsabəli bəyi kritik vəziyyətdən qaytardılar. Ağır günlərdən keçdik”.
Qeyd edək ki, bir neçə gün öncə vəkil Əsabəli Mustafayev səhhətində yaranan problemlə əlaqədar Sumqayıtda 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilərək süni nəfəs aparatına qoşulmuşdu.
Zaira Akifqızı
Globalinfo.az














