Tam suveren Azərbaycanın ilk parlament seçkiləri… – Baş nazir

Tam suveren Azərbaycanın ilk parlament seçkiləri... - Baş nazir

“2024-cü il Azərbaycanın müasir tarixinə əlamətdar siyasi hadisələrin baş verdiyi, möhtəşəm nailiyyətlərin əldə edildiyi il kimi yazıldı. Ötən il Vətənimizin müstəqillik tarixində ilk dəfə olaraq bütün suveren ərazimizdə növbədənkənar prezident seçkiləri və növbədənkənar parlament seçkiləri keçirildi”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti ilə bağlı hesabatla çıxış edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bildirib.

Onun sözlərinə görə, prezident seçkilərinin nəticələri Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin Prezident kimi Vətənə, xalqa və dövlətçiliyə həsr edilmiş 20-illik misilsiz xidmətlərinə xalq tərəfindən verilən yüksək qiymətin bariz nümunəsinə çevrildi.

Tam suveren Azərbaycanın ilk parlament seçkiləri də çox uğurla keçdi və sədri Prezident İlham Əliyev olan Yeni Azərbaycan Partiyasına xalqımızın inamını növbəti dəfə nümayiş etdirdi”.

Safura Bənnayeva
Globalinfo.az