Qiymət 1.50 manatdan 3.15 manata çatdı – “Yaxşı fürsətdir…”

Qiymət 1.50 manatdan 3.15 manata çatdı - "Yaxşı fürsətdir..."

“Taksi qiymətlərinin bahalaşması ehtimalı var, çünki COP29 sonrasında şəhərdəki nəqliyyat sıxlığının artması, ekoloji standartlara uyğun yeni avtomobillərin istifadəyə verilməsi və ümumi iqtisadi amillər qiymətlərin artmasına təsir edə bilər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Milli.Az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

O bildirib ki, taksilərlə bağlı bir çox yeniliklər həyata keçirilib ki, taksilər daha keyfiyyətli və təhlükəsiz olsun. Bununla yanaşı, Azərbaycanda taksi qiymətləri 2 dəfə artırılıb:

“1.50 manatdan  3.15 manata qədər yüksəlib. Bu, sahibkarlar üçün əslində yaxşı bir fürsətdir. Onlar bu qazancı yeni avtomobillər almağa sərf edə bilərlər”.

Ekspert qeyd edib ki, COP29 tədbirləri ilə bağlı taksi çatışmazlığı müşahidə edilmir, amma tədbirdən sonra bu vəziyyətin yaranması istisna deyil:

“Bu ilin sonuna qədər və ya gələn il ərzində sahibkarlar və bəzi şirkətlər ekoloji cəhətdən təmiz avtomobillər gətirəcəklər. Artıq bu prosesə başlanılıb və taksi xidməti getdikcə daha keyfiyyətli olacaq”.