Şuşada Türk Dövlətləri Təşkilatı dini liderlərinin tədbiri keçirilir – FOTOLAR

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin Şuşa görüşü keçirilir.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, TDT Baş katibi Bağdad Amreyev, Türkiyə diyanət işləri başqanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Türkmənistan müftisi Yalkab Xocaquliyev, elm, din, siyasi və ictimai xadimlər iştirak edirlər.

Görüşdə Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin ilk birgə bəyanatı imzalanıb.

Şuşada Türk Dövlətləri Təşkilatı dini liderlərinin tədbiri keçirilir - FOTO Şuşada Türk Dövlətləri Təşkilatı dini liderlərinin tədbiri keçirilir - FOTO Şuşada Türk Dövlətləri Təşkilatı dini liderlərinin tədbiri keçirilir - FOTO