Sürücü və piyadalara xəbərdarlıq: Aprelin 17-də…

Sürücü və piyadalara xəbərdarlıq: Aprelin 17-də...

Sabah ölkənin bir sıra magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, aprelin 17-də gecə və səhər saatlarında ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimalı var.