Sürücülərin nəzərinə: Bu yollarda diqqətli olun

Sabah bəzi magistral yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, martın 21-də ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.