Rus generalla Hacızadənin müharibədən əvvəl gizli görüşü – VİDEO

Rus generalla Hacızadənin müharibədən əvvəl gizli görüşü - VİDEO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Sərdar Əmir Əli Hacızadə ilə Rusiya Aerokosmik Qüvvələrin keçmiş komandanı Sergey Surovikinin gizli görüşünün əks olunduğu video üzə çıxıb. 

Globalinfo.az xəbər verir ki, video İran sosial şəbəkə seqmentinə sızdırılıb.

Videonun hələ Rusiya-Ukrayna müharibəsinin başlamasından 2018-ci ilin avqustuna aid olduğu bildirilir.

Məlumata görə, SEPAH komandanı Sərdar Hacızadə Surovikinlə görüşdə Rusiya ordusunda pilotsuz uçuş aparatları ilə bağlı yeni bölmənin yaradılmasına dəstək olacaqlarını deyib. Həmçinin Rusiyadan da kosmik sahədə eyni dəstəyi gözlədiklərini vurğulayıb.

Qeyd edək ki, “Vaqner” özəl hərbi şirkətinin keçmiş rəhbəri Yevgeni Priqojinə ən yaxın adamlardan hesab edilən Sergey Surovikin qruplaşmanın üsyanından sonra vəzifəsindən azad edilmişdi.

Yayılan görüntülərə münasibət bildirən Türkiyədəki Rusiya Araşdırmaları İnstitutu “Vaqner”in üsyanında İranın əlinin olub-olmamasına dair sualların yarandığını yazıb.

Ayşən Mustafa
Globalinfo.az