Suriya ilə bağlı 22 il sonra daha bir yenilik

Suriya ilə bağlı 22 il sonra daha bir yenilik

İraq Baş nazirinin ofisindən verilən açıqlamaya görə, İraq və Suriya iki ölkə arasında Kərkük-Bəniyas neft kəmərinin bərpasını müzakirə ediblər. Məlumata görə, danışıqlar Bağdadda İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir arasında aparılıb.

Globalinfo.az xəbər verir ki, tərəflərin verdiyi bəyanata görə, görüşdə “ikitərəfli münasibətlərin perspektivləri və onların müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda hər iki qardaş xalqın mənafeyinə xidmət edəcək şəkildə inkişaf etdirilməsi yolları nəzərdən keçirilib”.

Tərəflər, həmçinin “hökumətin ixracat məntəqələrinin şaxələndirilməsi səyləri çərçivəsində planlaşdırdığı layihələrdən biri kimi neft kəmərinin vəziyyətini qiymətləndirmək və onun bərpası variantlarını araşdırmaq üçün birgə texniki komitənin yaradılması fonunda Kərkük-Bəniyas boru xəttinin bərpası imkanlarını” müzakirə ediblər.

Kərkük-Bəniyas boru kəməri Kərkükün neft yataqlarından xam nefti Aralıq dənizindəki Suriyanın Bəniyas limanına nəql etmək üçün 1952-ci ildə inşa edilib. Daha sonra ABŞ-ın İraqa müdaxiləsi zamanı ciddi ziyana uğrayan kəmər 2003-cü ildə tamamilə sıradan çıxıb. Boru xətti o vaxtdan bəri təmir olunmayıb və istismar edilməyib.