Sumqayıtda evdə körpə meyiti aşkarlandı

Sumqayıtda evdə körpə meyiti aşkarlanıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Meyit 2023-cü il təvəllüdlü Zemfira Seyfi qızı Məmmədovaya məxsusdur, üzərində zorakılıq əlamətləri yoxdur.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.