
Sumqayıt şəhərində məişət tullantılarının yollara yayılması və antisanitar vəziyyətin müşahidə edilməsi ilə bağlı müvafiq tədbirlər görülüb.
Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, səhər saatlarında şəhərin 20 Yanvar küçəsində yol kənarına qoyulan məişət tullantıları havanın küləkli olması səbəbindən əraziyə yayılıb:
“Qısa müddətdə Təmizlik Departamentinin işçiləri tərəfindən ərazidə təmizlik işləri aparılıb. Hazırda ərazidə heç bir tullantı və xoşagəlməz mənzərə yoxdur”.
X X X
Sumqayıt şəhərində məişət tullantıları antisanitar vəziyyət yaradıb.
Globalinfo.az bildirir ki, bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.
Belə ki, şəhərin 20 Yanvar küçəsində zibil qalaqları həm ətrafa yayılıb, həm də sakinlərin narahatlığına səbəb olub.
Görüntüləri olduğu kimi təqdim edirik:














