Sülh sənədi ilə bağlı mühüm detal: Paşinyan bu bəndə əsasən konstitusiyanı dəyişir!

Sülh sənədi ilə bağlı mühüm detal: Paşinyan bu bəndə əsasən konstitusiyanı dəyişir!

Ermənistan Baş naziri Nikol Paşinyanın konstitusiyanı dəyişdirmək istəməsi ətrafında gedən müzakirələr davam edir. Paşinyanın bu qərarını müxtəlif cür şərh edən ekspertlər həm də fərqli iddialar irəli sürür. Həmin iddialardan biri də rəsmi Bakının irəli sürdüyü sülh müqaviləsində “tərəflər bu müqavilə ilə götürdükləri öhdəliklərin heç birini yerinə yetirməmək üçün öz qanunvericiliklərinə istinad edə bilməzlər” bəndinin qeyd edilməsidir.

Bu iddia nə qədər doğrudur? Belə çıxır ki, Paşinyan konstitusiyanı məhz sülh müqaviləsi ilə bağlı dəyişmək istəyir?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, bu versiya ağlabatandır:

“Əslində bunu Paşinyanın çıxışı da təsdiqləyir. Paşinyanın çıxışından aydın olur ki, Ermənistanın müstəqillik bəyannaməsinin və bu bəyannaməyə istinad edən konstitusiyasının dəyişdirilməsi, yaxud tamamilə yenilənməsi sülh sazişinin mətnində öz əksini tapıb.

Sülh sənədi ilə bağlı mühüm detal: Paşinyan bu bəndə əsasən konstitusiyanı dəyişir!

Asif Nərimanlı

Mətndə konkret “bəyannamə və konstitusiya” sözü yazılmasa da, qeyd olunduğu kimi “tərəflər bu müqavilə ilə götürdükləri öhdəliklərin heç birini yerinə yetirməmək üçün öz qanunvericiliklərinə istinad edə bilməzlər” bəndi qeyd olunub.

Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq öhdəliyini müstəqillik bəyannaməsinə istinadən poza bilməz. Bunun üçün də Qarabağ iddiasının əks olunduğu mövcud bəyannamə ləğv olunmalı, bu sənədə istinad edən konstitusiya ən azı dəyişdirilməlidir”.

Turan Rzayev
Globalinfo.az