“Azərbaycanla danışıqlarda əldə olunan razılaşmaların sülh müqaviləsinə daxil edilməsinin və yekun sənədin imzalanmasının vaxtı çatıb”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Kopenhagen Demokratiya Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, demokratiyanın əsl və ən arzuolunan parçası davamlı, sabit sülhdür:
“Hazırda hökumətimiz bunun üçün məsuliyyəti öz üzərinə götürüb. Bu yaxınlarda Azərbaycanla 1991-ci il Almatı Bəyannaməsi əsasında dövlətlərarası sərhədlərimizin demarkasiyası prosesinə başlamaq barədə razılığa gəldik. Bu o deməkdir ki, demarkasiya zamanı biz sadəcə olaraq Sovet xəritələrinə əsasən iki ölkə arasında dövlət sərhədlərini bərpa etməliyik”.
Ayşən Mustafa
Globalinfo.az













