Sülh müqaviləsinin paraflanmasını alqışlayırıq – AŞPA sədri

Sülh müqaviləsinin paraflanmasını alqışlayırıq - AŞPA sədri

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodor Russopulos Azərbaycan və Ermənistanı ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Vaşinqtonda sənədlərin imzalanması münasibətilə təbrik edib.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un Avropa bürosu onun sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir.

“Vaşinqtonda ABŞ-nin himayəsi ilə ErmənistanAzərbaycan arasında imzalanmış (paraflanmış – red.) sülh sazişini hərarətlə alqışlayıram. AŞPA bu münaqişədə həmişə parlament diplomatiyasını təşviq edib və bu sazişin, eləcə də tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün mərhələləri dəstəkləməyə hazırdır”, – Russopulos yazıb.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin sammiti keçirilib və bu sammitdə Bakı ilə İrəvan arasında sülh prosesinin başa çatdırılmasına yönəlmiş sənədlər imzalanıb.