Stoltenberq: “Rusiya və ruslar böyük siyasi təcrid vəziyyətindədir”

Stoltenberq: "Rusiya və ruslar böyük siyasi təcrid vəziyyətindədir"

“Rusiya Qafqaz və Mərkəzi Asiya da daxil olmaqla daha böyük siyasi təcrid vəziyyətindədir”.

Globalinfo.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq fikir səsləndirib.

NATO baş katibi Rusiya-Ukrayna müharibəsi ilə bağlı daha ehtiyatlı davrandığını və proqnoz vermək istəmədiyini açıqlayıb. O, həmçinin Rusiyanın daxilində nə baş verəcəyini proqnozlaşdırmaqda çətinlik çəkdiyini dilə gətirib:

“Keçən il Priqojinlə baş verən hadisələrə şahidlik etdik. Odur ki, hər an sürprizlər ola bilər. Amma Rusiya daxilində hər hansı böyük dəyişikliklərin olacağına dair heç bir ehtimal yoxdur”, – NATO Baş katibi vurğulayıb.

Stoltenberq müharibənin Rusiyaya vurduğu zərərlərdən də danışıb:

“Onların iqtisadiyyatı çətinlik içindədir. Ruslar daha da böyük siyasi təcrid vəziyyətindədirlər. Həmçinin Qafqaz və Mərkəzi Asiyada da təcridlə üzləşiblər. Buna görə də nə olacağını dəqiq proqnozlaşdıra bilmərik. Hər halda biz ümid edirik ki, müəyyən mərhələdə Putin müharibənin davam etdirilməsinin ona çox baha başa gəldiyini anlayacaq”, – Stoltenberq deyib.

O, əlavə edib ki, yalnız bu halda Rusiya Prezidenti ilə oturub Ukraynanın suveren ərazi bütövlüyünün tanınması çərçivəsində sülhdən danışmaq mümkün olacaq.

Əliyar Xəlil,

Globalinfo.az