Stoltenberq NATO üzvlərinə səsləndi: “Putinə imkan verməməliyik”

Stoltenberq NATO üzvlərinə səsləndi: "Putinə imkan verməməliyik"

“Putinin nüvə təhdidləri Ukraynaya yardıma mane olmamalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, NATO üzvləri Vladimir Putinin “nüvə ritorikası” səbəbindən Ukraynaya əlavə hərbi yardım göstərməkdən imtina etməməlidir.

“Alyans hər dəfə Ukraynaya yeni silahlar, döyüş tankları, uzaq mənzilli raketlər və ya F-16 qırıcıları verəndə, Rusiya bizi dayandırmağa çalışır. Ancaq onalara bunu etməyə imkan verməməliyik və Rusiya NATO müttəfiqlərinin Ukraynanı dəstəkləməsinə mane olmamalıdır”, – deyə Stoltenberq vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az