“Azərbaycanın “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirdiyi tədbirlərlə bağlı Rusiyanın iradları əsassızdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə bu gün XİN-ə çağırılan Rusiya səfirinin diqqətinə çatdırılıb.
“Sputnik-Azərbaycan”a münasibətdə görülən tədbirlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə həyata keçirildiyi və hazırda istintaq tədbirlərinin davam etdiyi qeyd olunub.














