“Soyuduculardakı meyitlərə baxın, sonra…” – Zaxarovadan naziri silkələyən sözlər

“Soyuduculardakı meyitlərə baxın, sonra…” – Zaxarovadan naziri silkələyən sözlər

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna xarici işlər naziri Andrey Sibiqanın “Rusiya Günü ilə bağlı xəbərləri oxumaq mənə xoş deyil” sözlərinə sərt cavab verib.

Globalinfo.az xəbər verir ki, Zaxarova teleqram kanalında yazıb ki, Ukrayna XİN rəhbəri başqasının sevincinə deyil, öz xalqının faciəsinə görə kədərlənməlidir:

“Normal insan deyərdi ki, ona xüsusilə xoşagəlməz olan şey – soyuducu maşınlarda saxlanılan ukraynalı cəsədlərin dövlət rəhbərliyi tərəfindən dəfn üçün geri alınmasına qadağa qoyulmasıdır. Amma yox. Başqasının sevinci öz dərdlərindən daha çox narahatlıq doğurur.

Qoqol, əlbəttə, dahi idi – hər şeyi əvvəlcədən təsvir edib”, – deyə Zaxarova qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az