Şoyqu İranın Baş Qərargah rəisi ilə Qarabağdakı vəziyyəti müzakirə etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri çərşənbə axşamı Tehranda keçirilən danışıqlarda Dağlıq Qarabağ, Suriya və Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, Şoyqu danışıqlarda ikitərəfli hərbi əməkdaşlığın cari məsələlərini müzakirə etməyi təklif edib.

“Bu gün və sabah hələ müzakirə edilməli olan çoxlu məsələlər var”. “Bunlara təhsil, təcrübə mübadiləsi, nümayəndə heyətlərinin mübadiləsi, birgə dəniz təlimləri daxildir”, – Şoyqu bildirib.