SON DƏQİQƏ: Azərbaycana verildiyi deyilən ərazidə divar çəkilir – VİDEO

SON DƏQİQƏ: Azərbaycana verildiyi deyilən ərazidə divar çəkilir - VİDEO

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndində sərhəd divarı çəkilir. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin Ermənistan seqmentində görüntülər yayılıb.

Demarkasiya çərçivəsində bir qismi Azərbaycanın nəzarətinə keçən kəndin ermənilər yaşayan hissəsi ilə araya divar hörüldüyü bildirilir. Videoda bir neçə maşının tikinti materialı daşıdığı və kəndi ayıran yol boyunca divarın tikildiyi görünür.

Xatırladaq ki, ötən gün Ermənistan-Gürcüstan dövlətlərarası yolunun Kirants kəndindən keçən hissəsinin bağlandığı, qonşu kənddən yeni yol tikildiyi açıqlanıb. Sözügedən yolun ərazisinin demarkasiya xəritələrinə əsasən Azərbaycanın nəzarətinə veriləcəyi, bunun üçün hazırlıq görüldüyü deyilir.

Kirantsda tikilən sərhəd divarının görüntülərini təqdim edirik: