Dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfərin minaya düşməsi, ölən və yaralananların olması Azərbaycan ictimaiyyətində böyük məyusluqla, sosial şəbəkələrin erməni seqmentində isə sevinclə qarşılandı.
Ermənilər hadisənin Laçın yolunda ekoloji terrora qarşı aksiyaların təşkil edildiyi bir məqamda baş verməsindən istifadə etmək istədilər. Hətta bunun Azərbaycana cəza tədbiri olduğunu deyən beyinsiz terrorçular da tapıldı. Təbii, heç bir cəza tədbirindən söhbət gedə bilməz. Çünki bundan əvvəl də həmin ərazilərdə mina partlayışı zamanı insan tələfatı qeydə alınmışdı. Ermənilər işğal etdikləri ərazilərə o qədər mina basdırıblar ki, diqqətli olmasaq, təəssüf ki, bundan sonra da belə hallar yaşanacaq.
Azərbaycan Kəlbəcərdə baş vermiş mina partlayışından çox düzgün şəkildə istifadə edə bilər:
1. Qarabağda ekoloji terrorla yanaşı, hərbi terrorun baş verdiyini dünya ictimaiyyətinə faktlarla göstərir.
2. Qarabağa silah-sursat daşınmasının fəsadlarını – Kəlbəcər terrorunu beynəlxalq aləmə təqdim edərək, Laçın yolunda rentgen-skanerin qurulmasını, əks halda aksiyanın davamlılığını zəruriləşdirir.
Bu iki maddədən yola çıxaraq demək olar ki, Azərbaycan Müdafiə Nazirliyinin Kəlbəcər terroru ilə bağlı atdığı addım və yayılan informasiya çox düzgün və yerindədir.
Sitat:
“Müdafiə Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin Kəlbəcərə – dekabrın 14-də mina partlayışları baş vermiş əraziyə yollanıb. Məqsəd erməni hərbi birləşmələrinin 2020-ci ildən mina basdırılan ərazilərlə tanış etmək və onların terror hərəkətlərini dünya ictimaiyyətinə çatdırmaqdır”.
Kəlbəcərdəki son olay təkcə erməni terrorunu dünyaya göstərməyəcək, həm də Laçın yolunda keçirilən aksiyanın nə qədər önəmli olduğunu Qərbə başa salacaq.
Əgər zamanında Laçın yolunda rentgen-skaner sistemi olsaydı, ermənilər həmin minaları Qarabağ iqtisadi rayonuna daşıya bilməyəcəkdilər və nəticədə dünən minaya düşən 8 vətəndaşımız indi sağ-salamat olacaqdılar.
Prosesləri ümumiləşdirsək deyə bilərik ki, ötən gün Kəlbəcərdə baş vermiş mina partlayışları təkcə orada yox, Xankəndidə terrorçu rejim quranların da evində baş verdi. Bu hadisə Laçın yolunun ən azı xüsusi sistemlər quraşdırılana qədər bağlı qalmasının nə qədər zəruri olduğunu bir daha göstərdi. Bu gün Laçın yolunda soyuq-yağış demədən dayanan vətəndaşlarımız artıq təkcə aksiyaçı deyirlər, həm də ölkəmizin ərazi bütövlüyünü, əhalinin təhlükəsizliyini müdafiə edən əsgərdirlər.
Müharibə davam edir. Bu dəfə silahsız gəlmişik, amma əvvəlki qədər qəti və qərarlıyıq.
Aqşin
Globalinfo.az














