Siyavuş Novruzov: “Deyirlər ki, ordu hücuma keçib, Xankəndiyə girmişik…”

Siyavuş Novruzov: "Deyirlər ki, ordu hücuma keçib, Xankəndiyə girmişik..."

“Ermənilər hər zaman olduğu kimi, bu gün də yalan məlumatlar yaymaqla məşğuldurlar. Deyirlər ki, guya azərbaycanlılar Laçın yolunda başqa məqsədlə toplaşıblar, ordu hücuma keçib, Xankəndiyə girmişik və s. Amma məsələ elə deyil: sadəcə, qeyri-hökumət təşkilatları (QHT) öz ərazimizdə ekoloji terrora qarşı dinc aksiya keçirirlər”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov ermənilərin Şuşada keçirilən aksiya ilə bağlı yaydıqları yalan məlumatlar haqda danışarkən deyib.

O bildirib ki, aksiya iştirakçıları, xalq, millət vəkilləri – hamımız öz narazılığımızı bildirir və torpaqlarımızda monitorinqin keçirilməsini tələb edirik:

“Sülhməramlılar Qarabağa təhlükəsizliyin qorunması, hər hansı bir təxribatın qarşısının alınması üçün yerləşdiriliblər. Lakin onlar silahların Qarabağ ərazisinə qeyri-qanuni gətirilməsinə, İran terrorçularının orada təlimlər keçməsinə manə törətmək əvəzinə, şərait yaradırlar”.

Sirr deyil ki, Rusiyadan gələn oğru Vardanyan Azərbaycan mədənlərindən qızılları oğurlayıb Rusiya “sülhməramlılar”ının rəhbərliyi ilə bölüşərək gizlin şəkildə ərazilərimizdən çıxarırlar. Bundan sonra imkan vermərik ki, bizim sərvətlərimiz talansın”.

Zaira Akifqızı
Globalinfo.az