Şirvanda üstünə hasar aşan sakin ölüb.
Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, İbadov Adıbala aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***19:55
Şirvan sakini uçan hasarın altında qalaraq ağır xəsarətlər alıb.
Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Şirvan şəhəri 1 May küçəsində qeydə alınıb. Şəhər sakini, 1984-cü il təvəllüdlü İbadov Adıbala Əlibala oğlu mişar daşından hörülən hasarın uçması nəticəsində onun altında qalıb.
Nəticədə çoxsaylı ağır travmalarla Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.














