Şimali Koreya Cənubi Koreyaya zibil dolu hava şarları göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı (JCS) məlumat yayıb.
Qərargahın yaydığı açıqlamada zibil dolu şarların Şimali Koreyadan ölkə ərazisinə göndərildiyi bildirilir.
Yerli əhaliyə şarlara toxunmamaq və şarların düşdüyü ərazilər barədə polisə məlumat verməklə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, Şimali Koreya mayın sonundan Cənubi Koreyaya 3 mindən çox zibil dolu şar göndərib.














