İki rayonda zəlzələ oldu, Seysmoloji Mərkəz açıqlama yaydı

Seysmik aktiv bölgələr üçün vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı olan xırda hiss olunan və hiss olunmayan zəlzələlərin baş verməsi normal haldır.

Globalinfo.az bildirir ki, bunu APA-nın sorğusuna cavabında AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, Azərbaycan özü seysmik baxımdan aktiv bölgədə yerləşir və vaxtaşırı bizim ərazimizdə də hiss oluna bilən və hiss olunmayan zəlzələlər baş verir:

“Kiçik maqnitudalı zəlzələlərin baş verməsi bir növ daha böyük maqnitudalı zəlzələlərin baş verməsinin qarşısını alır. Seysmik aktiv bölgələr üçün vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı olan xırda hiss olunan və hiss olunmayan zəlzələlərin baş verməsi normal haldır. Yəni insanların bu zəlzələlərdən narahat olmasına gərək yoxdur. Hər iki zəlzələ hiss olunmayıb. Sadəcə beynəlxalq qaydalara görə, maqnitudası 3 və 3 dən yuxarı olan zəlzələlər haqqında ictimaiyyətə məlumat verilir”.

Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri baş vermiş zəlzələlərin Türkiyədəki zəlzələlərlə heç bir əlaqəsinin olmadığını da vurğulayıb.

Qeyd edək ki, bu gün İmişli və Lerikdə zəlzələ baş verib.