Şeyma Subaşı ərəb biznesmenlə evləndi – FOTO

Şeyma Subaşı ərəb biznesmenlə evləndi - FOTO

Türkiyənin məşhur sosial media fenomeni Şeyma Subaşı misirli sevgilisi Mohammed Alsaloussilə ailə qurub.

Globalinfo.az xəbər verir ki, sosial medianın gündəmindən düşməyən ikili 3 illik münasibətlərini rəsmiləşdirmək qərarına gəliblər.

Toy Mərakeşdə baş tutub. Nikahdan sonra fenomenin soyadını dəyişdirməsi də müzakirə mövzusuna çevrilib.

Qeyd edək ki, Şeyma Subaşı türk iş adamı, “Tv8” televiziyasının rəhbəri Acun İlıcalının keçmiş həyat yoldaşıdır. Onların Melissa İlıcalı adlı bir qız övladı var.

Şeyma Subaşı ərəb biznesmenlə evləndi - FOTO

Ayşən Mustafa
Globalinfo.az