Sevgilisi ilə birləşib taksi sürücüsünü döydü, soyundurdu və… – Xırdalanda inanılmaz hadisə

Sevgilisi ilə birləşib taksi sürücüsünü döydü, soyundurdu və... - Xırdalanda inanılmaz hadisə

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ötən ilin fevral ayında Abşeron rayonu Masazır qəsəbəsi Cantəpə yaşayış massivində kişini aldadaraq evə gətirən və onu döyərək çılpaq şəkillərini çəkməklə hədələyib avtomobilini əlindən alan şəxsin məhkəməsi başa çatıb.

Globalinfo.az-ın məlumatına görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesin yekununda Ağdam şəhər sakini, 1985-ci il təvəllüdlü, 4 azyaşlı uşaq atası Qorxmaz Məmmədova 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. O, Cinayət Məcəlləsinin 178, 181, 182 ə 320-ci (Dələduzluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, rəsmi sənədləri məhv etmə) maddələri ilə təqsirli bilinib.

Belə ki araşdırmalar zamanı məlum olub ki, Qorxmaz ailəli və 4 uşaq atası olsa da, Abşeron rayonunda yaşayan Gülnarə adlı qadınla münasibətdə olub. O, ötən ilin fevral ayında Gülnarənin qaldığı evdə olarkən qadının telefonuna zəng gəldiyini görüb. Qorxmaz Gülnarədən həmin şəxsin taksi sürücüsü və onu müxtəlif vaxtlarda Bakıda müəyyən ünvanlara aparıb-gətirdiyini öyrəndikdən sonra onlar plan qurublar. Plana əsasən Gülnarə Xaləddin adlı taksi sürücüsünü evdə tək olduğunu bildirərək yaşadığı yerə dəvət edib. Xaləddin də qadına inanaraq onun evinə gedib. Bu zaman tualetdə gizlənən Qorxmaz oradan çıxaraq özünü Gülnarənin əri kimi təqdim edərək taksi sürücüsünə hücum çəkib. Onu biabır edəcəyini, yaxınlarını gətizdirib rüsvay edəcəyini deyib. Bundan sonra Gülnarə və Qorxmaz həmin şəxsi soyunduraraq görüntülərini lentə alıblar. Qorxmaz ona tələb etdiyi pulu verməyəcəyi təqdirdə görüntüləri sosial şəbəkələrdə yayacağını bildirib. Bundan sonra Qorxmaz taksi sürücüsünün avtomobilini əlindən alaraq yaşadığı Bərdə rayonuna yola düşüb.

Hadisə barədə polisə məlumat daxil olduqdan sonra Qorxmaz Məmmədov tutulub və barəsində bir neçə maddə ilə cinayət işi açılıb.

Araşdırmalar zamanı Qorxmazın başqa bir şəxsə qarşı da cinayət əməli törətməsi məlum olub. Ağcabədi sakinini aldadaraq onun avtomobilini ələ keçirdiyi, maşını hissələrə bölərək satdığı müəyyən edilib.

Qorxmaz Məmmədovun məhkəməsi bu ilin dekabrında başa çatıb və o, 11 illik cəzasını çəkməsi üçün həbsxanaya göndərilib.

Zaira Akifqızı
Globalinfo.az