Formula 1 üzrə dünya çempionatının beşinci mərhələsi sayılan Səudiyyə Ərəbistanı Qran Prisinin qalibi olub.
Globalinfo.az xəbər verir ki, Ciddə şəhər trekində baş tutan yarışda “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri ilk olub.
İkinci yeri “Red Bull”dan niderlandlı Maks Ferstappen tutub. İlk üçlüyü “Ferrari” komandasının monakolu sürücüsü Şarl Lekler tamamlayıb.
Bu qələbədən sonra Piastri 99 xalla liderliyini möhkəmlədib. İkinci yerdə onun britaniyalı komanda yoldaşı Lando Norris (89 xal) qərarlaşıb. İlk üçlüyü isə son dörd dünya çempionatının qalibi Ferstappen (87 xal) tamamlayır.
Qeyd edək ki, dünya çempionatının altıncı mərhələsi mayın 4-də Mayamidə (ABŞ, Florida) keçiriləcək.














