“Ermənistan vətəndaşları hakimiyyəti dəyişmək üçün konkret addımlar atmağa hələ hazır deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sərkisyan deyib.
O bildirib ki, cəmiyyət küçələrə çıxmağa hazır olan kimi bu mübarizənin liderinə çevriləcək.
“Hakimiyyətdən gedəndən sonra da insanları konkret addımlara hazırlamaq üçün əlimdən gələni etmişəm. İnsanlar küçələrə çıxıb hökumətin istefasını tələb etməyə hazır olan kimi, bu mübarizənin liderinə çevriləcəklər. Ola bilər ki, indi müəyyən ümidsizlik var. Amma xalq hərəkətə hazır olmalıdır. Baxmayaraq ki, Paşinyan bu gün də baş nazir kürsüsündə qalmaq üçün hər şeyi edir”, – Sərkisyan vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az













