Sərkisyandan sonra Köçəryan da… – Xocalı qatillərinin revanşı

Sərkisyandan sonra Köçəryan da… - Xocalı qatillərinin revanşı

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” partiyasının üzvləri və deputatları parlamentin tətildə olduğu müddətdə mütəmmadi iclaslar keçirirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, partiya üzvləri yeni sessiyaya kimi tətilin son günlərini birlikdə keçirir, ölkədəki vəziyyəti, necə addım atmalı olduqlarını müzakirə edirlər. Onların tez-tez İrəvandan kənardakı kurortlarda görüşdüyü bildirilir.

Bütün sessiyalarda Robert Köçəryan şəxsən iştirak edir. Ötən günlərdə də partiyanın parlamentdəki təmsilçiləri bir araya gəliblər. Onlar bir neçə ay öncə Ermənistanda başlayan etirazları, Baş nazir Nikol Paşinyana etimadsızlığı, payızda daha güclü şəkildə aktivləşəcəyini açıqlayan keşiş Baqrat Qalstanyanın aksiyalarını müzakirə ediblər.

Partiyanın yeni yol xəritəsi müəyyən etməyə çalışdığı bildirilir.

Məlumata görə, iclaslarda R.Köçəryanla yanaşı, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və partiyanın parlamentdəki əsas təmsilçilərindən İşxan Saqatelyan da iştirak edir.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın da aktivləşdiyi haqda xəbər yayılmışdı.

Ayşən Mustafa
Globalinfo.az