“Mayın 14-də Brüsseldə keçiriləcək görüşə razılaşan Nikol Paşınyan mayın 9-u Moskvaya bir günlük səfər edir. Ermənistana qayıdandan bir neçə saat sonra – mayın 10-da erməni ordusu İran dronları ilə Azərbaycana hücum edir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, görüş öncəsi baş verən bu hərbi təxribat Avropa İttifaqının regionda genişlənməsinə hesablanmış gedişdir:
“İki gün öncə yerli mediaya müsahibəmdə Aİ-nin danışıqlarda məqsədinin Rusiyanınkından fərqlənmədiyini qeyd etmişdim. Rusiya və şəxsən Putin Ukrayna mövzusunda Aİ-nin iştirakının azaldılması müqabilində Cənubi Qafqazda sövdələşməyə gedib”.
Turan Rzayev
Globalinfo.az














