ABŞ Serbiyanın NİS neft şirkətinə qarşı sanksiyaları 30 gün müddətinə təxirə salıb.
Globalinfo.az xəbər verir ki, məlumatı Serbiya Prezidenti Aleksandar Vuçiç yayıb.
“Bizim əlavə 30 günümüz var. Serbiya vətəndaşları üçün yaxşı xəbərdir”, – o bildirib.
Qeyd edək ki, Serbiyanın NİS şirkətinə qarşı sanksiya qərarı onun səhmlərinin 50%-nin “Qazprom” a aid olmasına görə verilib.
Əliyar Xəlil
Globalinfo.az














