Serbiyanın daxili işlər naziri İvitsa Daçiç ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Blic TV” məlumat yayıb.
Bildirilib ki, nazirin vəziyyəti əvvəllər diaqnoz qoyulmuş ikitərəfli pnevmoniya səbəbindən kəskin şəkildə pisləşib.
Qeyd olunub ki, Serbiya Prezidenti Aleksandar Vuçiç hökumət üzvləri ilə birlikdə onu ziyarət etdib.
“Biz həkimlərə güvənirik və Daçiçin sağalması üçün dua edirik”, – deyə Prezident vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az