Separatçılara vaxt verildi: PKK variantı işə salına bilər?

Separatçılara vaxt verildi: PKK variantı işə salına bilər?

Uğurlu antiterror tədbirləri nəticəsində separatçı rejim süqutunu elan etdi. Rejimin təhvil prosesinin 3 ay davam edəcəyi bildirilir. Bəzi ekspertlər hesab edirlər ki, silahların təhvil prosesi üçün bu müddət çoxdur. Separatçıların yenidən təşkilatlanmaq və təxribatlar törətmə ehtimalları da aktualdır.

Maraqlıdır, separatçılar yenidən qruplaşma yaradaraq dirçələ və yaxud müəyyən kiçik təxribatlar edə bilərlərmi? Təhvil-təlim işləri üçün 3 ay gözləmək nə qədər doğrudur?

Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, 3 aylıq müddət tədrici prosesi əks etdirir:

Netanyahunun Bakıya göndərdiyi mesajda sensasion detallar: böyük prosesin şifrələri açılır - GlobalInfo.az

Qədir Aslan

“Yəni qeyd edilən 3 ay ərazində separatçı “qurum”ların fəaliyyəti dayanacaq, silahlar yerə qoyulacaq və ərazini tərk etmək istəyən ermənilər üçün şərait yaradılacaq.

Lakin qeyd edilən risk faktorları həqiqətən də aktualdır. Yəni separatçılıq bu tezlikdə bitməyəcək, çünki kökü İrəvandadır. Proses orada bitməlidir. Bu gün erməni siyasilər, rəsmilər separatçı açıqlamalar verir. Bundan başqa Ermənistandan hər il Xankəndiyə ayrılan 300 milyon dollar vəsait kəsilməlidir. Pensiya, maaş ödəmələri dayandırılmalıdır. Yalnız bu halda separatçılığın tam bitdiyini demək olar.

O ki qaldı ermənilərin yenidən silahlanıb, təxribatlar törətməsi və separatçılığa davam etməsinə, Azərbaycan bütün bunlara hazırlıqlıdır və imkan verməyəcək. Bu gün Azərbaycanın nəzarətində olmayan yüksəklik yoxdur. Rəsmi Bakı əraziyə qurudan və havadan tam nəzarət edir, psixoloji üstünlük də bizdədir.

Separatçı liderlərin həbs edilməsi, Bakıya gətirilməsi kimi aktorlar separatçılığın ideoloji bazasını, habelə motivasiyanı öldürür. PKK kimi ermənilər dağlara çıxıb bu və ya başqa formada müqavimət göstərsə belə, bunun effekti olmayacaq. Çünki Azərbaycan ordusu hər qarış torpağa hakimdir”.

Turan Rzayev
Globalinfo.az