Separatçı rejim “nöqtəni qoydu”: Qarabağda qan töküləcək!

Separatçı rejim "nöqtəni qoydu": Qarabağda qan töküləcək!

Azərbaycanla Qarabağdakı ermənilər arasında danışıqların vəziyyəti barədə açıqlama verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə separatçıların saxta “xin rəhbəri” Sergey Qazaryan danışıb.

O bildirib ki, Azərbaycanla sülhməramlılar vasitəsilə bir neçə təmas olub. Fevralın 24-ü və martın 1-də analoji görüşlər keçirilib.

S.Qazaryan qeyd edib ki, Azərbaycan tərəfi bu görüşləri reinteqrasiya prosesinin başlanğıcı kimi qəbul edib:

“Biz ən çox Azərbaycanla dialoqda maraqlıyıq, lakin o, müəyyən meyarlara cavab verməlidir”.

Oyuncaq “xin”in saxta rəhbəri iddia edib ki, guya Laçın dəhlizi bağlıdır və bu halda dialoqdan söhbət gedə bilməz.

Qeyd edək ki, separatçı rejimin bu açıqlaması rəsmi Bakını adekvat addımlar atmağa, Qarabağdakı silahlı terrorçuları məhv etməyə vadar edir.

Tamerlan Yayaqan
Globalinfo.az