“İsrailin hücumları nəticəsində Hərbi Kosmik Qüvvələrinin 8 komandiri öldürülüb”.
Globalinfo.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
“Mahmud Bagiri, Davud Şeyxian, Məhəmməd-Bağır Tahirpur, Mənsur Səfərpur, Məsud Tayyib, Xosrov Həsəni, Cavad Coursara və Məhəmməd Ağacəfəri cəsarətli şəkildə həlak oldular”, – deyə bildirilib.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın üvə və hərbi obyektlərinə zərbələr endirərək “Aslan qalxması” əməliyyatına başlayıb . Hücumlar nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də yüksək rütbəli hərbçiləri hədəf alıb.
Əliyar Xəlil
Globalinfo.az














