Sensasiya! İsrail və İran məxfi danışıqlara başladı – Detallar

Sensasiya! İsrail və İran məxfi danışıqlara başladı – Detallar

Çində İsrail və İran arasında məxfi danışıqlar başlayıb. Bu barədə iki gün əvvəl ABŞ və Böyük Britaniya diplomatlarına məlumat verilib. Danışıqların birinci raundu martın 23-də Honkonqda, ikinci raundu isə Şanxayda başlayıb.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə haqqın.az çıxış edib.

Analitik yazıda bildirilib ki, martın 13-də İsrailin məşhur Haaretz nəşrində MOSSAD-ın keçmiş rəhbəri Efraim Qalevinin İsrail tərəfinin Tehranla mümkün normallaşma üçün zəmini sınamağa başlamağın vaxtının gəldiyinə dair məqaləsi diqqət çəkib.

Pekinin vasitəçiliyi ilə Tehran və yəhudi dövlətinin nümayəndə heyətləri Honq-Konqda görüşüblər.

Birinci raund sadəcə tanışlıq və iki barışmaz düşmən arasındakı dialoqun təsdiqinin məramı olub.

Şanxayda keçirilməsi planlaşdırılan ikinci tur daha mənalı olacaq. Əlbəttə ki, iştirakçıların adları açıqlanmayacaq, ancaq tərəflərin ümumiyyətlə razılaşacaqları gündəm aydın olacaq.