Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəşin yeni klubu müəyyənləşib.
Globalinfo.az xəbər verir ki, 72 yaşlı mütəxəssis “Trabzonspor”a baş məşqçi təyin olunub.
Günəşlə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, o, bu postda Abdullah Avcını əvəzləyib.
Şenol Günəşin son klubu “Beşiktaş” olub. O, ötən ilin oktyabr ayında vəzifəsindən ayrılıb. Mütəxəssis 1986, 1988-89, 1993-97, 2005 və 2009-2013-cü illərdə də “Trabzonspor”a baş məşqçilik edib.
Günəş 2000-2004 və 2019-2021-ci illərdə Türkiyə millisini çalışdırıb.














