Şəmkirdə təcili yardım maşını aşdı: xəsarət alanların son durumu…

Şəmkirdə təcili yardım maşını aşdı: xəsarət alanların son durumu...

Sentyabrın 7-də saat 01:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Globalinfo.az xəbər verir ki, bu haqda TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Xəsarət alanların hər birinə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

***07.09.2025 18:26

Şəmkir rayon ərazisində təcili tibbi yardım maşını qəzaya uğrayıb.

Globalinfo.az report-a istinadən xəbər verir ki, Kür qəsəbəsinə çağırışa gedən ambulans idarəetmədən çıxaraq körpüdən aşıb.

Qəza nəticəsində sürücü, həkim və tibb bacısı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.