Səmada sirli piramida: Təbiət hadisəsi, yoxsa yadplanetlilər…? – VİDEO

Nevada səhrasında əsrarəngiz piramida görünüşü yerli sakinləri şoka salıb və dünya ictimaiyyətinin diqqətini cəlb edib.

Globalinfo.az xəbər verir ki, cari ilin 23 mayında üzərində parlaq işıq saçan havada üzən piramida formalı qəribə obyekt görülüb.

Şahidlərin sözlərinə görə, piramida formalı bu işıqlı obyekt müəmmalı şəkildə yoxa çıxmağa başlayıb.

Şahidlər bu görüntünün naməlum uçan obyekt olduğunu bildirirlər.

Nevada səmasında görünən bu piramida formalı parlaq obyektin görünməsinin səbəbi nədir?

Skeptiklər belə hadisələrin təbiət hadisələri və ya saxta görüntülər olduğunu iddia edirlər. Digər bir qisim isə bu videonun yadplanetli sivilizasiyaların mövcudluğunun təkzibedilməz sübutu olduğunu iddia edirlər.

Qeyd edək ki, son zamanlar dünyada belə hadisələr daha çox müşahidə edilir, lentə alınır. Bəziləri bunun sadəcə təbiət oyunu və ya yadplanetlilərin görünüşünü saxtalaşdıran montaj olduğuna inanır, lakin ufoloqlar bu görüntülərin yerdənkənar həyata və texnoloji cəhətdən inkişaf etmiş sivilizasiyalara işarələr olduğunda təkid edirlər .

Ayşən
Globalinfo.az