Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yerləşən anbarda gecə saatlarında yenidən yanğın şiddətlənib.
Globalinfo.az xəbər verir ki, ərazidə xeyli sayda FHN-in şəxsi heyəti və xüsusi texnikası çalışır.
Yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
(Xəbər yenilənib, videolar əlavə edilib)
FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Bu barədə Globalinfo.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.
FHN Mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev hazırda hadisə yerindədir.
Əlavə məlumat veriləcək.
***
“Sədərək” TM-dən Globalinfo.az-a verilən məlumata görə, yanğın güclənsə də, başqa ərazilərə keçməyib.
Bildirilir ki, yanğın “Super Toyz” mağazasının anbarında başlayıb.
Həmçinin o da qeyd edilir ki, yanğın ticarət mərkəzinin “Şirniyyat” deyilən ərazisinə keçsə, böyük fəsadları ola bilər.
FHN Mətbuat xidmətindən verilən xəbərə görə, havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də qüvvələr tərəfindən ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
Əlavə məlumat veriləcək.
***12:10
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Globalinfo.az-a FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
Yanğın Bakının müxtəlif yerlərindən görünür:














