Səddam Hüseyni yaxalayan amerikalı baş çavuş danışdı – VİDEO

2003-cü ildə İraqın devrilmiş lideri Səddam Hüseyni yaxalayan amerikalı baş çavuş illər sonra mediayaya danışıb. 

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Danger Close” adlı podkast yayımında danışan Kevin Holland keçmiş İraq liderinin Əd-Davr şəhərində saxlanmasını şərh edib.

Holland Səddamı fermanın yaxınlığındakı kiçik bir sığınacaqda tapdıqlarını ətraflı izah edib:

“O, olduqca döyülmüşdü. Biz onu yaxalayanda İraqın prezidenti olduğunu və danışıqlara hazır olduğunu söylədi. O bunları ingiliscə dedi. Amma mən ona “artıq gecdir” dedim və Prezident Buşun salamlarını çatdırdım”.

Xatırladaq ki, İraqın devrilmiş lideri Səddam 2006-cı il dekabrın 30-da edam edilib.

ideri Səddam 2006-cı il dekabrın 30-da edam edilib.