“ABŞ-da prezident seçkilərində kimin qalib gəlməsi Rusiyanı maraqlandırmır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı deyib.
O bildirib ki, ABŞ-da keçirilən seçkilərdən sonra Vaşinqtonla Moskvanın münasibətlərində ciddi heç nə olmayacaq.
“ABŞ prezident seçkilərində kimin qalib gəlməsi Rusiyanı maraqlandırmır. Çünki fakt budur ki, cənab Tramp da prezident kimi Rusiya Federasiyasına qarşı kütləvi sanksiyalar tətbiq etməyə başlayıb”, – Putin bildirib.
Rusiya lideri Moskva ilə Bakı arasında münasibətləri daha da irəli aparmaq üçün logistikanı inkişaf etdirməyin vacibliyindən də danışıb.
“Bu mənada çox iş görülməlidir. Bu, təkcə Şimal-Cənub dəhlizinə deyil, digər vektorlara da aiddir. Logistika mərkəzlərinin Rusiya və Azərbaycan sərhədində, Dağıstan hissəsində birləşdirilməsi vacibdir. Bu, digər sahələrə də aiddir”, – deyə Putin vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az