“Səbail”in kapitanının son durumu açıqlandı

“Hazırda xəstəxanadayıq, Ağabala Ramazanov həkimlər tərəfindən müayinə olunur”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında “Səbail” klubunun baş məşqçisi Şahin Diniyev oyun zamanı huşunu itirən futbolçu Ağabala Ramazanov haqda danışarkən deyib.

“Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsi olundu. A.Ramazanov reanimasiyaya yerləşdirildi, üç gün reanimasiyada həkim nəzarətində olacaq. Sonra hər şey dəqiq bilinəcək. Hazırda bir söz deyə bilmərik”, – deyə Ş.Diniyev deyib.

Qeyd edək ki, “Səbail”in kapitanı Ağabala Ramazanov Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”la oyun zamanı huşunu itirib.

Zaira Akifqızı
Globalinfo.az