Sərkisyanın qızları məhkəməyə çağırıldı

Sərkisyanın qızları məhkəməyə çağırıldı

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan və onun qızları Anuş Minasyan ilə Satenik Sərkisyan qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı iddia çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə çağırılıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, prosesə Aşxen Qarslyan hakim təyin edilib.

Serj Sərkisyanın qardaşı oğlu Narek Sərkisyan və onun həyat yoldaşının da qanunsuz aktivlərinin müsadirə edilməsi prosesi gedirdi. Onlar da antikorrupsiya məhkəməsinə dəvət olunublar.

Bu gün məhkəmə iclası keçirilir, prosesdə Sərkisyan ailəsinin vəkili Amram Makinyan başda olmaqla onun müdafiəçiləri iştirak edir.