Sarkisyanın cangüdənlərinin keçmiş rəisinə yeni iş açıldı

Ermənistan Baş prokurorluğu eks-prezident Serj Sarkisyanın mühafizə xidmətinin keçmiş rəisi Vaçaqan Kazaryana, onun həyat yoldaşına və onlara məxsus “Yans” klubunun rəhbərliyinə qarşı cinayət işi açıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, onlar hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunurlar.

Onlardan yaşayış yerini tərk etməmək barədə öhdəlik alınıb.

Vaçaqan Kazaryan, yoldaşı və “Yans” klubunun direktoru ilə birlikdə 2017-ci ildə klubun mühasibatçısından hədə-qorxu yolu ilə 100 min dollar vəsait tələb etməkdə təqsirləndirilir.