“Rusiya sərhədçiləri 2022-ci ilin sentyabr hadisələrində Geqarkunikdən çıxıblar”.
Globalinfo.az xəbər verir ki, bunu Qeqarkunik vilayətinin qubernatoru Karen Sərkisyan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Rusiya sərhəd qoşunları 2022-ci ilin sentyabr hadisələrinin başladığı gündən bir neçə saat əvvəl bölgəni tərk edib.
“Oradakı ərazilər bizim Müdafiə Nazirliyinə həvalə edilib. Rusların orada nə etdiklərini şərh edə bilmərəm. 2022-ci il hadisələrindən əvvəl Rusiya sərhədçiləri Sotk ərazisində olublar. Ermənistanın hakimiyyət orqanları onları getməyə təşviq etməyib. Bundan sonra onlar Yuxarı Şorj (Yuxarı Şorca) ərazisində olublar”, – deyə Sərkisyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














