Sankt-Petereburqda kafedə baş verən patlayışda 23 nəfər xəsarət alıb.
Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, 18 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 10 nəfərin vəziyyəti ağırdır.
Rusiya DİN ölən şəxsin hərbi müxbir Vladlen Tatarski olduğunu açıqlayıb.
***20:14
Sankt-Peterburq şəhərində kafedə baş verən partlayışda 1 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, Rusiya FHN-nin məlumatına görə, partlayışın gücü 200 qram trotil ekvivalenti olub.














