Samir Bağırov haqqında yayılan acı xəbəri təkzib etdi, lakin…

Samir Bağırov haqqında yayılan acı xəbəri təkzib etdi, lakin...

Estrada ulduzu Samir Bağırova xərçəng diaqnozu qoyulub.

Globalinfo.az Olay.az-a istinadən xəbər verir ki, məşhur müğənnidə onkoloji xəstəlik bir neçə həftə əvvəl aşkarlanıb.

Sümük iliyi xərçəngindən əziyyət çəkən Bağırov hazırda həkim nəzarətindədir.

***01:00

Sənətçi Bizim.media-ya açıqlamasında yayılan xəbərləri təkzib edib:

“Bu xəstəliklə yaxından-uzaqdan əlaqəm yoxdur. Ayağımda problem yaranmışdı. Bir müddət ayağımın müalicəsi ilə məşğul oldum. Peşəkar həkimlərin sayəsində ayağım sağaldı. Hər şey qaydasındadır. Bir neçə həftədən sonra qarşınıza yeni layihələrimlə çıxacam”.

Buna rəğmən şou və musiqi mühitinə yaxın olan şəxslər estrada ulduzunun həqiqətən də onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildiriblər.