Şabranda dəhşətli qəza: ölən var – VİDEO

Şabranda dəhşətli qəza: ölən var - VİDEO

Bu gün sübh vaxtı Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində “VAZ-21 011” markalı avtomobil ağaca çırpılıb.

Nəticədə avtomobildə olan 28 yaşlı sərnişin Orxan Muradov həlak olub, sürücü isə ağır xəsarətlər alıb.

Şimal.news hadisə anını əks etdirən görüntüləri yayıb: